featured-image-47747

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi başa çatacaq.

Msport.az xəbər verir ki, bu raundun cavab oyununda “Real” İspaniyada Almaniyanın “Bavariya” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Münhendəki ilk görüşdə heç-heçə qeydə alınıb – 2:2. Qalib komanda finalda Almaniyanın “Borussiya” (Dortmund) komandasına rəqib olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

Bənzər xəbərlər