featured-image-84751

“Atletik”in 17 yaşlı futbolçusu Kristian İmqa Çempionlar Liqasında çıxış edən 15 klubun diqqətini çəkib.

Msport.az xəbər verir ki, futbolçu ilə maraqlananlar arasında İspaniya təmsilçiləri də var.

Bu maraqdan sonra “Atletik”in futbol direktoru Mikel Qonsales onun yeni müqaviləsi üzrə danışıqları sürətləndirib. Klub yenicə İmqa ilə 2031-ci ilin iyununadək müqavilə imzalandığını açıqlayıb. Anlaşmada müddətin klub tərəfindən uzadılması imkanı da nəzərdə tutulub.

Futbolçunun sərbəstqalma məbləği müqaviləsinin son ilində təxminən 70 milyon avrodan 85 milyon avroya yüksələcək.

İspaniyanın 17 yaşadək futbolçulardan ibarət millisinin üzvü Edin Terziçin rəhbərliyi altında artıq əsas komandada debüt edib və İspaniya Kubokunda “Prat”la görüşdə qol vurub. İmqa ötən mövsüm liqa oyunlarında 8, UEFA Gənclər Liqasında isə 2 dəfə fərqlənib.

Bənzər xəbərlər