featured-image-81738

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) cavab oyununun hakimləri açıqlanıb.

Msport.az xəbər verir ki, görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi İştvan Kovaç olacaq. Ona Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək.

VAR hakimi almaniyalı Bastian Dankert, onun assistenti isə rumıniyalı Katalin Popa olacaq.

Avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq. İlk matçda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, İştvan Kovaç ötən il UEFA Çempionlar Liqasının PSJ – “İnter”, 2023-cü ildə Avropa Liqasının “Atalanta” – “Bayer”, 2022-ci ildə isə Konfrans Liqasının “Roma” – “Feyenoord” final oyunlarını idarə edib.

 

Bənzər xəbərlər