Çempionlar Liqasının oyunları sükutla başlayacaq
Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun bu həftə keçiriləcək bütün oyunlarından əvvəl Nepalda daşqınlar nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Msport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, avqustun 26-da Nepalda baş verən dağıdıcı daşqınların qurbanlarının xatirəsinə bütün oyunlardan əvvəl bir dəqiqəlik sükut elan olunacaq. Həmçinin həmrəylik və dəstək əlaməti olaraq banner açılacaq. Bannerin üzərində “Nepal, sən tək deyilsən” sözləri yazılacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi “Sabah” Liqa mərhələsinin 1-ci turunda “Mançester Yunayted”lə qarşılaşacaq. Sentyabrın 10-da, “Old Trafford”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.







