featured-image-18287

Cənubi Koreya millisinin baş məşqçisi Paulo Bento DÇ-2022-nin 1/8 finalında Braziliya yığmasına məğlub olduqdan sonra (4:1) karyerasını başa vurduğunu açıqlayıb.

Msport.az xəbər verir ki, 2018-ci ildən Cənubi Koreya millisinə başçılıq edən portuqaliyalı mütəxəssis istefa qərarını federasiyaya söylədiyini bildirib:

“Sadəcə gələcək haqqında düşünmək lazımdır. Bu, Cənubi Koreya millisi ilə bağlı olmayacaq. Mən istefa qərarını oyunçulara və federasiyanın prezidentinə elan etdim. Bu qərarı sentyabrda vermişdim. Futbolçulara təşəkkür edirəm. Onların baş məşqçisi olduğum üçün özümü xoşbəxt hesab edirəm”.

DÇ-2022-nin H qrupunda Uruqvayla bərabərə qalan (0:0) Asiya təmsilçisi Qanaya məğlub olsa da (2:3), Portuqaliyaya qalib gələrək (2:1) pley-off mərhələsinə vəsiqə qazana bilib.

Bənzər xəbərlər