Çexlər Rəşad Eyyubovun debütünə "5" verdilər
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komandamız Karvina şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, bu, R.Eyyubovun U-21-in sükanı arxasında debüt oyunu olub.
10 oktyabr
Çexiya (U-21) – Azərbaycan (U-21) 5:0
Qol: Lukaş Maşek, 40, 59, 75, Lukas Ambros, 55, Planka, 85
Karvina şəhər stadionu. Saat 20:00
Baş hakim: Yovan Kaçevski
Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski
Dördüncü hakim: Krumislav Gyorgiev
(Hakimlər briqadası Şimali Makedoniyadandır)