Coşqun Diniyev Türkiyə klubundan ayrıldı
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin “Çorum” klubundan ayrılıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Coşqun Diniyev “Çorum”a bu ilin fevralında keçmişdi.