featured-image-50363

Azərbaycanın 6 cüdo məşqçisi Yaponiyanın Tokio şəhərindəki Kodokan İnstitutunda peşəkar məşqçilik kurslarında iştirak edib.

Cüdo Federasiyasından Msport.az-a verilən məlumata görə, 10 günlük kursda Kodokan İnstitutunun müəllimləri tərəfindən məşqçilərə müxtəlif kata və kodokan texnikaları öyrədilib.

Məşqçilər institutda keçirilən təlim və məşğələləri müşahidə etmək və iştirak etmək imkanı əldə ediblər. Azərbaycan Cüdo Federasiyasının (ACF) təhsil üzrə meneceri Orxan Oruczadə Kodokan İnstitutunun rəhbər heyəti ilə gələcək təhsil fəaliyyəti və qarşılıqlı əməkdaşlığı müzakirə etmək üçün görüşlər keçirib.

Qeyd edək ki, kurs iyunun 25-dən iyulun 3-dək keçirilib.

Bənzər xəbərlər