featured-image-49256

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa Kata çempionatında iştirak edəcək.

Msport.az xəbər verir ki, iyirmi ölkədən 306 idmançının iştirak edəcəyi yarışda Azərbaycan böyüklər arasında 6 idmançı ilə təmsil olunacaq. Cüdoçular “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Kata çempionatının ilkin yarışları 10 iyunda başlayacaq, finallar isə 11 iyunda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları 12-14 iyunda Sarayevoda baş tutacaq Kodokan seminarında iştirak edəcək.

“Nage-no-Kata”

Malik Alahverdiyev – tori (hücum edən idmançı)

Samir İsmayılov – uke (hücum edilən idmançı)

İsmayıl Rzayev – tori

İbrahim Aslanov – uke

“Katame-no-Kata”

Rafiq Nəcəfov – tori

Əmrah Əhmədov – uke.

Bənzər xəbərlər