featured-image-55364

Azərbaycanın iki cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatının ilk günündə bürünc medal görüşünə çıxıb.

Msport.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Nizami İmranov 3-cü yer uğrunda qarşılaşmada qazaxıstanlı Talqat Orunbassara ipponla məğlub olub.

52 kiloqramda yer alan qadın idmançı Aydan Vəliyeva isə Cənubi koreyalı Mio Huhla bacarmayıb. Hər iki cüdoçumuz yekunda beşinci yerlə kifayətlənib.

Daha əvvəl tatamiyə çıxan yığma üzvləri Məhəmməd Musayev, İslam Rəhimov (hər ikisi 66 kiloqram), Xədicə Qədəşova (52 kiloqram) və Könül Əliyeva (48 kiloqram) da fəxri kürsüdə yer ala bilməyiblər.

Bununla da Azərbaycan cüdoçuları mundialın ilk gününü medalsız başa vurublar.

Qeyd edək ki, Azərbaycanın 16 cüdoçu ilə təmsil olunduğu dünya çempionatı oktyabrın 6-da başa çatacaq.

Bənzər xəbərlər