Cüdoçularımızın olimpiadada proqramı
“Paris-2024” Yay Olimpiya Oyunlarında cüdo yarışlarının rəsmi proqramı məlum olub.
Msport.az xəbər verir ki, iyulun 25-də püşkatma mərasimi keçiriləcək.
Azərbaycan cüdoçuları mübarizəyə iyulun 27-də qoşulacaqlar. İlk yarış günündə qadınlarda 48, kişilərdə isə 60 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Azərbaycan cüdoçularının görüşlərinin təqvimi
27 iyul
Balabəy Ağayev (60 kiloqram)
Leyla Əliyeva (48 kiloqram)
28 iyul
Yaşar Nəcəfov (66 kiloqram)
Gültac Məmmədəliyeva (52 kiloqram)
29 iyul
Hidayət Heydərov (73 kiloqram)
30 iyul
Zelim Tçkayev (81 kiloqram)
31 iyul
Elcan Hacıyev (90 kiloqram)
1 avqust
Zelim Kotsoyev (100 kiloqram)
2 avqust
Uşangi Kokauri (+100 kiloqram)
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.