Cüdoçumuz finalda
Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
Msport.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov həlledici raunda vəsiqə qazanıb.
Bu gün tatamiyə çıxan Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal şanslarını itiriblər.
Qeyd edək ki, turnirdə daha əvvəl Azərbaycanın 6 cüdoçusu qüvvəsini sınayıb. Yalnız Rəşid Məmmədəliyev finalfa uduzaraq (73 kq) gümüş medal qazanıb.