featured-image-51396

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov karyerasını Xorvatiyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

25 yaşlı hücumçu böyük ehtimalla İsveçrənin “Qrasshopper” klubunda qalmayacaq. 

“Hayduk” onun xidmətində maraqlıdı. Ötən mövsümü icarə əsasında Türkiyə “Hatayspor”unda keçirən Dadaşov müqavilə ilə məxsus olduğu “Qrasshopper”ə qayıtsa da, isveçrəlilər onu saxlamağı düşünmür. Həmçinin futbolçu özü də ayrılmaq arzusundadı.

Belə bir durumda “Hayduk”un baş məşqçisi Cennaro Qattuzo və idman direktoru Nikola Kaliniçin marağı göydəndüşmə olar. Onlar Dadaşovu transfer edərək, onu hücumun mərkəzində oynatmağı, Marko Livayanı isə pleymeyker mövqeyinə qaytarmağı düşünür. Bir neçə gün əvvəl İvan Rakitiçi heyətinə cəlb edən “Hayduk” millimizin üzvünün keçidi üçün 1,8 milyon avrosundan keçməlidi. Ancaq xorvatlar “Qrasshopper”i daha aşağı qiymətə razı salmağa çalışır.

Qeyd edək ki, Renat Dadaşovun “Qrasshopper”lə sözləşməsi gələn ilin sonuna qədərdi.

Bənzər xəbərlər