Daha 2 cüdoçumuz dünya çempionatını medalsız başa vurdu
Azərbaycanın daha iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən dünya çempionatında mübarizə aparıb.
Msport.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində Elcan Hacıyev və Vüqar Talıbov tatamiyə çıxıblar. Onlar 1/16 finalda, müvafiq olaraq, italiyalı Kristian Parlati və brazilyalı Rafael Makedoya məğlub olaraq çıxışlarını başa vurublar.
Qeyd edək ki, Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda Hidayət Heydərov (73 kiloqram) qızıl medala sahib çıxıb.