featured-image-44582

Azərbaycan boksçusu Tayfur Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

Federasiyadan Msport.az-a verilən məlumata görə, 63,5 kq çəkidə rinqə çıxan Avropa Oyunlarının mükafatçısı 1/32 final mərhələsində Matias Amaya Lusianonu (Argentina) mübarizədən kənarlaşdırıb.

Əliyev rəqibinə 3:2 (29:28, 28:29, 30:27, 30:27, 28:29) hesabı ilə qalib gəlib. Boksçumuz növbəti döyüşündə yaponiyalı Şion Nişiyama ilə döyüşəcək. Görüş martın 7-də olacaq.

Əliyevədək Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da 1/16 finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan yığması yarışa 9 boksçu ilə yollanıb.

Bənzər xəbərlər