"Dava yox, ciddi mübahisə olub" - "Turan Tovuz" futbolçularını cəzalandıracaq
“Turan Tovuz-2″nin baş məşqçisi Nizami Ocaqverdiyev komandanın oyunçuları Budaq Nəsirovla Elxan Qasımovun AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmasına münasibət bildirib.
Mütəxəssis Msport.az saytına açıqlamasında adışəkilən oyunçuların komanda yoldaşlarını vurmadıqlarını iddia edib:
“Onlar dalaşmayıblar, sadəcə, ciddi mübahisə etdilər. Heç dava etməyə imkan da verilməzdi. Hakim hadisəni belə qiymətləndirib. Səs-küyü eşidib yanımıza gəldi və hər ikisinə qırmızı vərəqə göstərdi”.
Ocaqverdiyevin sözlərinə görə, insidentin səbəbinə aydınlıq gəldikdən sonra futbolçular cəzalanacaqlar.
Qeyd edək ki, Budaq Nəsirov və Elxan Qasımovun hərəsi 4 oyun cəza alıb.