DÇ-2022: Almaniya dayandı, Yaponiya və İspaniya 1/8 finala çıxdı
Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə yekun vurulub.
Msport.az xəbər verir ki, bununla da 1/8 finalın daha 4 iştirakçısı bəlli olub.
E qrupunda İspaniya millisi Yaponiya ilə, Almaniya yığması isə Kosta Rika ilə qarşılaşıb. Bu qrupda hər bir ölkənin pley-off şansı davam edirdi. Bu oyunlar müvafiq olaraq Yaponiya və Almaniya yığmalarının qələbəsiylə yekunlaşıb. Bu nəticələrdən sonra Yaponiya qrup birincisi, İspaniya isə ikinci yerlə pley-offa yüksəlib. Almaniya yığması isə Kosta Rika ilə birgə qrupda qalıb.
F qrupunda isə Kanada Mərakeşi, Xorvatiya Belçikanı sınağa çəkib. Şimali Amerika təmsilçisinin mundialla vidalaşması daha öncə dəqiqləşmişdi. Digər 3 yığma isə 1/8 finala 2 vəsiqə uğrunda mübarizə aparıb. Mərakeş yığması Kanadaya qalib gəlməklə qrup lideri kimi mərhələ adlayıb. Xorvatiya isə Belçika ilə qolsuz heç-heçə sayəsində qrup ikincisi olub.
Xatırladaq ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.
Dünya çempionatı
1 dekabr
E qrupu
Kosta Rika – Almaniya 2:4
Qol: Yeltsin Texeda, 58. Xuan Pablo Varqas, 70 – Serj Qnabri, 10. Kay Haverts, 73; 85. Niklas Fullkruq, 90+1.
Baş hakim: Stefanie Frappar (Fransa).
“Əl-Bayt” stadionu.
Kosta Rika: 1. Keylor Navas (k), 3. Xuan Pablo Varqas, 4. Keyşer Fuller, 5. Selso Borxes, 6. Oskar Duarte, 8. Brayan Ovyedo, 11. Cohan Veneqas, 12. Xoel Kempbell, 17. Yeltsin Texeda, 19. Kendall Uoston, 20. Brendon Aqilera.
Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 3. David Raum, 6. Yozua Kimmix, 8. Leon Qoretska, 10. Serj Qnabri, 13. Tomas Müller, 14. Camal Musiala, 15. Niklas Süle, 19. Leroy Sane, 21. İlkay Gündoğan.
Yaponiya – İspaniya 2:1
Qol: Ritsu Doan, 48. Ao Tanaka, 51 – Alvaro Morata, 11.
Baş hakim: Viktor Qomes (CAR).
“Xəlifə” stadionu.
Yaponiya: 12. Suiti Qonda, 3. Syoqo Taniquti, 4. Ko İtakura, 5. Yuto Naqatomo, 11. Takefusa Kubo, 13. Hidemasa Morita, 14. Dzünya İto, 15. Daiti Kamada, 17. Ao Tanaka, 22. Maya Yoşida (k), 25. Daydzen Maeda.
İspaniya: 23. Unay Simon, 2. Sesar Asplikueta, 4. Pau Torres, 5. Serxio Buskets (k), 7. Alvaro Morata, 9. Qavi, 12. Niko Uilyams, 14. Alexandro Balde, 16. Rodri, 21. Dani Olmo, 26. Pedri.
Xal: Yaponiya – 6. İspaniya – 4. Almaniya – 1. Kosta Rika – 3.
F qrupu
Kanada – Mərakeş 1:2
Qol: Nayef Aqerd, 40-öz qapısına – Hakim Ziyeş, 4. Yussuf En-Nesiri, 23.
Baş hakim: Rafael Klaus (Braziliya)
“Əl-Tumama” stadiionu.
Kanada: 18. Milan Boryan (k), 2. Alister Conston, 3. Sem Adekuqbe, 4. Kamal Miller, 5. Stiven Vitoriya, 10. Junior Hoylett, 11. Teydjon Byukenen, 14. Mark-Entoni Key, 17. Kayl Larin, 19. Alfonso Deyvis, 21. Conatan Osorio.
Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 3. Nussair Mazraui, 4. Sofyan Amrabat, 5. Nayef Aqerd, 6. Romen Saiss (k), 7. Hakim Ziyeş, 8. Azeddin Unai, 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri.
Xorvatiya – Belçika 0:0
Entoni Teylor (İngiltərə).
“Əhməd bin Əli” stadionu.
Xorvatiya: 1. Dominik Livakoviç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 14. Marko Livaya, 19. Borna Sosa, 20. Yoşko Qvardiol, 22. Yosip Yuranoviç.
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin de Bruyne (k), 11. Yannik Karrasko, 14. Dris Mertens, 15. Tomas Munye, 17. Leandro Trossar, 19. Leander Dendonker, 21. Timoti Kastan.
Xal: Mərakeş – 7. Xorvatiya – 5. Belçika – 4. Kanada – 0.