DÇ-2022: Almaniya millisində ciddi itki
DÇ-2022-nin 1-ci turunda Yaponiya ilə qarşılaşacaq Almaniya millisi itki ilə üzləşib.
Msport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, millinin aparıcı üzvrlərindən olan Leroy Sane zədə səbəbindən yaponlarla oyunu buraxacaq.
26 yaşlı vinger dizindəki problemə görə komandanın son məşqində də iştirak etməyib. Onu sol cinahda Camal Musialanın əvəzləyəcəyi gözlənilir.
Noyabrın 23-də keçiriləcək Almaniya – Yaponiya matçı saat 17:00-da başlayacaq.