featured-image-5208

DÇ-2022-nin pley-off mərhələsi çərçivəsində daha bir qarşılaşma baş tutub.

Msport.az xəbər verir ki, bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Avstraliya yığmaları qarşılaşıb.

Qətərin Əl-Rayyan şəhərində təşkil olunmuş qarşılaşma Avstraliyanın qalibiyyəti ilə yekunlaşıb – 2:1. Hesabı 53-cü dəqiqədə Cekson İrvayn açıb. Bundan 4 dəqiqə sonra Kannedo Kayo ərəblərin bərabərlik qolunu vurub. Lakin 84-cü dəqiqədə Aydin Xrustiç qələbə topunun müəllifi olub.

Bununla da Avstraliya qitələrarası seçmə oyuna vəsiqə qazanıb. İyunun 13-də baş tutacaq həlledici oyunda rəqib Peru millisi olacaq. Bu cütün qalibi DÇ-2022-yə vəsiqə qazanacaq.

DÇ-2022-yə sonuncu vəsiqə uğrunda görüş isə iyunun 14-də Kosta Rika və Yeni Zelandiya yığmaları arasında olacaq.

Bənzər xəbərlər