featured-image-17596

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün daha 4 oyun keçirilib.

Msport.az xəbər verir ki, günün ilk görüşü G qrupunda baş tutub. Bakı vaxtı ilə saat 14:00-da start götürən qarşılaşmada İsveçrə və Kamerun yığmaları üz-üzə gəlib. İsveçrəlilər bu matçda tək qolla 3 xal qazanıblar.

Bu qrupun digər matçında isə Braziliya milli komandası Serbiya ilə münasibətlərini aydınlaşdırıb. Braziliyalılar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

H qrupunda Uruqvay və Cənubi Koreya yığmaları Bakı vaxtı ilə saat 17:00-da qarşılaşıb. Bu oyunda hesab açılmayıb. Portuqaliya və Qana seçmələrinin oyunu isə məhsuldar alınıb və Avropa təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Dünya çempionatı
24 noyabr

G qrupu

İsveçrə – Kamerun 1:0
Qol: B.Embolo, 48.
Baş hakim: Fakundo Telyo (Argentina).
“Əl-Canub” stadionu.

İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka (k), Remo Froyler, Cibril So, Bril Embolo, Cerdan Şakiri, Ruben Varqas.
Kamerun: Andre Onana, Nuxu Tolo, Nikolya N Kulu, Jan-Şarl Kastelletto, Kollins Fay, Samuel Que, Martin Onqla, Andre Zambo-Angissa, Brian Mbyomo, Erik Şupo-Motinq (k), Karl Toko Ekambi.

Braziliya – Serbiya 2:0
Qol: Riçarlison, 62; 73.
Baş hakim: Alireza Faqani (İran).
“Lusail” stadionu.

Braziliya: 1. Alisson Bekker, 2. Danilo, 3. Tyaqo Silva (k), 4. Markinyos, 5. Kazemiro, 6. Aleks Sandro, 7. Lukas Paketa, 9. Riçarlison, 10. Neymar, 11. Rafinya, 20. Vinisius Junior.
Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 4. Nikola Milenkoviç, 5. Miloş Velikoviç, 8. Nemanya Qudel, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç (k), 14. Andriya Jivkoviç, 16. Saşa Lukiç, 20. Sergey Milinkoviç-Saviç, 25. Filip Mladenoviç.

H qrupu

Uruqvay – Cənubi Koreya 0:0
Baş hakim: Kleman Türpen (Fransa).
“Edyukeyşn Siti” stadionu.

Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Martin Kaseres, Xose Mariya Ximenes, Dieqo Qodin (k), Darvin Nunyes, Matias Oliveyra, Fakundo Pelyistri, Luis Suares, Federiko Valverde, Matias Vesino.
Cənubi Koreya: Kim Sin Kyü, Hvan İn Bom, Hvan Ui Çjo, Çon U Yen, Kim Çjin Su, Kim Min Je, Kim Mun Xvan, Kim Yon Qvon, Li Ce Son, Na San Ho, Son Xın Min (k).

Portuqaliya – Qana 3:2
Qol: K.Ronaldo, 65-pen. J.Feliks, 78. R.Leao, 80 – A.Ayyu, 73. O.Bukari, 89.
Baş hakim: İsmail Elfat (ABŞ).
“Stadiium 974” arenası.

Portuqaliya: Dioqo Kosta, Rafael Gerreyro, Danilo Pereyra, Joao Kanselo, Ruben Dias, Ruben Neves, Bruno Fernandes, Bernardo Silva, Joao Feliks, Otavio Monteyro, Kristiano Ronaldo (k).
Qana: Lourens Ati-Zigi, Əbdül-Rəhman Baba, Məhəmməd Salisu, Daniel Amarti, Aleksander Ciku, Alidu Seydu, Məhəmməd Kudus, Tomas Parti, Salis Əbdül Səməd, Andre Ayyu (k), İnyaki Uilyams.

Bənzər xəbərlər