featured-image-18368

Kriştianu Ronaldunun xanımı Corcinya Rodriqes kapitanının İsveçrə ilə 1\8 finalda 90 dəqiqə oynamamasına görə məyus olub.

Msport.az xəbər verir ki, Corcinya bununla instagram hesabında paylaşım edib:

“Təbriklər, Portuqaliya! 11 futbolçu himni oxuyanda bütün kameralar sənə tərəf çönmüşdü. Çox təəssüf ki, biz dünyanın ən yaxşı futbolçusunun oyunundan 90 dəqiqə həzz ala bilmədik. Azarkeşlər təkidlə sənin meydana buraxılmanı tələb edirdilər və adını səsləndirirdilər. Qoy Allah əziz dostumuz Fernandunun yanında olsun və bizə daha bir həyəcanlı gecə bəxş etsin”.

Xatırladaq ki, dünya çempionatının 1\8 final mərhələsinin Portuqaliya – İsveçrə (6:1) oyununda Ronaldu 73-cü dəqiqədə meydana çıxıb. O, heç bir məhsuldar hərəkətlə yadda qalmayıb.

Bənzər xəbərlər