featured-image-18353

Qətərdə keçirilən dünya çempionatının bu gecə başa çatan 1/8 final mərhələsindən sonra mundialda 2 günlük fasilə yaranıb.

Msport.az xəbər verir ki, DÇ-2022 bir də dekabrın 9-da 1/4 final oyunları ilə bərpa olunacaq.

Həmin gün Xorvatiya – Braziliya və Niderland – Argentina matçları keçiriləcək. Dekabrın 10-da isə bu mərhələyə Mərakeş – Portuqaliya və İngiltərə – Fransa matçları ilə yekun vurulacaq.

Yarımfinal görüşləri dekabrın 13 və 14-də, 3-cü yer uğrunda matç dekabrın 17-də, final oyunu isə dekabrın 18-də keçiriləcək.

Xatırladaq ki, 1/4 final mərhələsində aşağıdakı komandalar üz-üzə gələcəklər:

9 dekabr
19:00. Xorvatiya – Braziliya
23:00. Niderland – Argentina

10 dekabr
19:00. Mərakeş – Portuqaliya
23:00. İngiltərə – Fransa

Bənzər xəbərlər