featured-image-17668

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında ilk qırmızı vərəqə göstərilib.

Msport.az xəbər verir ki, Uels millisinin qapıçısı Ueyn Hennessi İranla matçın 86-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Hennesi dünya çempionatlarında meydandan qovulan 3-cü qapıçı olub. 1994-də italiyalı Canluka Palyuka Norveçlə, 2010-da isə CAR-lı İtumelenq Kune Uruqvayla görüşlərdə qırmızı vərəqə görmüşdü.

Qeyd edək ki, qarşılaşma Uelsin 0:2 hesablı məğlubiyyəti ilə bitib. Nəticədə İran dünya çempionatları tarixində ilk dəfə Avropa təmsilçisinə qalib gəlib. Bu, həm də cənub qonşularımızın avropalılardan top buraxmadığı ilk matçdır.

Bənzər xəbərlər