featured-image-14676

FİFA bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün klublara 209 milyon ABŞ dolları ödəyəcək.

Msport.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu, futbolçusu mundialda iştirak edən klublara şamil olunacaq.

Rəsmi hazırlıq dövrü daxil olmaqla, oyunçuların yarışda qaldığı hər gün üçün təzminat nəzərdə tutulub.

DÇ-2022 zamanı yığmada olan hər oyunçu üçün gündəlik 10 min ABŞ dolları veriləcək. Məbləğ futbolçunun dünya çempionatınadək iki il ərzində oynadığı bütün klublara ödəniləcək.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Bənzər xəbərlər