featured-image-18180

Bu gün futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Msport.az xəbər verir ki, günün ilk matçında Fransa Polşa ilə üz-üzə gəlib.

“Əl-Tumama” stadionundakı qarşılaşmanı FİFA referisi Xesus Valensuela idarə edib. Dörd qolun qeydə alındığı matçdan inamlı qələbə ilə ayrılan fransızlar 1/4 finala yüksəliblər.

Bu cütün qalibi 1/4 finalda İngiltərə – Seneqal oyununun güclüsünə rəqib olacaqdı. “Əl-Bayt” stadionundakı həmin matç Salvadordan olan FIFA referisi İvan Bartona tapşırılıb. Avropa təmsilçisi bu oyunda darmadağınla qalib gəlib.

Xatırladaq ki, hələlik Niderland və Argentina komandaları 1/4 finala yüksəliblər.

Dünya çempionatı
4 dekabr

Fransa – Polşa 3:1
Qol: Olivye Jiru, 44. Kilian Mbappe, 74; 90+1 – Robert Levandovski, 90+9-pen.
Baş hakim: Xesus Valensuela (Venesuela).
“Əl-Tumama” stadionu.

Fransa: Uqo Loris (k), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.
Polşa: Voyçex Şensnı, Bartoş Bereşinski, Kamil Qlik, Metti Keş, Pşemıslav Frankovski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (k), Pyotr Zelinski, Sebastian Şimanski, Yakub Kaminski.

İngiltərə – Seneqal 3:0
Qol: Cordan Henderson, 38. Harri Keyn, 45+3. Bukayo Saka, 57.
Baş hakim: İvan Barton (Salvador).
“Əl-Bayt” stadionu.

İngiltərə: Cordan Pikford, Kayl Uoker, Luk Şou, Deklan Rays, Con Stounz, Harri Maquayr, Cordan Henderson, Harri Keyn (k), Bukayo Saka, Fil Foden, Cud Bellingem.
Seneqal: Eduard Mendi, Pate Siss, Bulaye Dia, Abdu Diallo, Nampali Mendi, İsmail Yakobs, Krepin Diatta, Kalidu Kulibali (k), İliman Ndiaye, İsmaila Sarr, Yussuf Sabali.

Bənzər xəbərlər