DÇ-2022: Fransa yığmasında Mbappe şoku
Fransa millisinin futbolçusu Kilian Mbappe Qətərdəki dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində İngiltərəyə qarşı keçirəcəkləri oyunu buraxa bilər.
Msport.az Fransa mətbuatına istinadən xəbər verir ki, topuğundakı ağrılardan əziyyət çəkən 24 yaşlı hücumçu komandasının bu gün baş tutan məşqində iştirak etməyib.
PSJ-nin formasını geyinən forvard idman zalında bərpa prosesi keçir. Onun vacib qarşılaşmada meydana çıxıb çıxmayacağı sual altındadır.
Dekabrın 10-da keçiriləcək İngiltərə – Fransa matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Mbappe bu mundialda vurduğu 5 qolla hələlik ən məhsuldar futbolçudur.