featured-image-17978

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun 3-cü tur oyununda kuryoz hadisə baş verib.

Msport.az xəbər verir ki, Avropa təmsilçisinin hücumçusu Antuan Qrizmannın 90+8-ci dəqiqədə vurduğu qol final fitindən sonra ləğv edilib.

Matçın baş hakimi Mettyu Konger əvvəlcə qolu qeydə alsa da, görüş başa çatdıqdan sonra VAR sistemi epizoda müdaxilə edib. Nəticədə oyundankənar vəziyyət qeydə alınıb və qol sayılmayıb.

Görüş Tunis yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa millisi məğlubiyyətə baxmayaraq, qrupu 6 xalla ilk pillədə başa vurub. Tunis millisi isə 4 xal toplamasına baxmayaraq, 3-cü yerlə kifayətlənib.

Bənzər xəbərlər