featured-image-17844

İranlı futbolçuların yaxınları DÇ-2022-nin üçüncü turunun ABŞ-la oyunundan əvvəl yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşib.

Msport.az xəbər verir ki, bu barədə CNN iddia irəli sürüb.

İranlı futbolçulara yığmanın düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.

İranlı oyunçular özlərini “düzgün aparmasalar”, qohumları həbs edilə və işgəncəyə məruz qala bilər.

Bu gün keçiriləcək İran – ABŞ matçına saat 23:00-da start veriləcək.

Bənzər xəbərlər