DÇ-2022: İspaniya yığmasında ciddi itkilər
Futbol üzrə İspaniya millisi DÇ-2022-nin qrup mərhələsinin ilk oyunundan öncə itkilərlə üzləşib.
Msport.az xəbər verir ki, milli komandanın 7 futbolçusu kondisionerdən istifadə etdiklərinə görə xəstələnib.
Sıradan çıxan oyunçular arasında komandanın son məşqini yekunlaşdıra bilməyən mərkəz hücumçusu Alvaro Morata da var.
Yarımmüdafiəçi Uqo Gilyamon isə ümumiyyətlə qrup mərhələsinin bütün oyunlarını buraxa bilər. 22 yaşlı yarımmüdafiəçi dizindən aldığı zədə səbəbindən məşqə çıxa bilməyib. Dekabrın 1-də İspaniyanın Yaponiyaya qarşı üçüncü qrup matçına qədər onun tam sağalması gözlənilmir.
İspaniya turnirdə ilk oyununu noyabrın 23-də Kosta-Rika millisinə qarşı keçirəcək.