featured-image-17905

Belçika millisinin qapıçısı Tibo Kurtua komandanın paltardəyişmə otağında dava baş verməsi ilə bağlı yaranan xəbərləri təkzib edib.

Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, Mərakeşlə oyundan (0:2) sonra Belçika yığmasının iki futbolçusu – Eden Azarla Yan Vertonqen arasında dava düşməsi ilə bağlı məlumatlar yayılmışdı. Hətta Romelu Lukakunun komanda yoldaşlarını ayırdığı deyilirdi:

“Paltardəyişmə otağına qayıtdıqdan sonra ilk əsəbləşən mən olmuşam, çünki biz uduzduq. Mətbuata açıqlama verdiyim üçün final fitindən 30 ya 40 dəqiqə sonra gəlmişəm. Hər kəs məğlubiyyətə görə məyus idi, heç nə baş vermədi. Həmin vaxt məşqçi danışmağa başladı.

Sosial şəbəkələrdə boş yerə çox yalanlar yayılmağa başlayır. Deyilən dava, mübahisə olmayıb. Bir komanda olaraq neqativ şeyləri kənara qoymalıyıq. Biz əla komandayıq və bilirik nə edə bilərik”.

 

 

Bənzər xəbərlər