DÇ-2022: Luka Modriç ilkə imza atdı
Futbol üzrə Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç yeni uğura imza atıb.
Msport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi buna Qətərdə keçirilən dünya çempionatında Mərakeşlə matçda meydana çıxmaqla nail olub.
Modriç üç müxtəlif onillikdə həm dünya, həm də Avropa çempionatlarında oynayan ilk oyunçu kimi tarixə düşüb.
Xorvatiyalı futbolçu 4 mundialda (2006, 2014, 2018 və 2022) və dörd Avropa çempionatında (2008, 2012, 2016, 2021) forma geyinib.