DÇ-2022: Mandanda ilk matçına çıxa bilər
Fransa millisinin qapıçısı Stiv Mandanda DÇ-2022-nin qrup mərhələsinin sonuncu matçında meydanda ola bilər.
Msport.az Fransa mətbuatına istinadən xəbər verir ki, Mandandaya şans verilərsə, bu, onun DÇ-2022-dəki ilk oyunu olacaq.
İlk iki görüşdə Fransa yığmasının qapısını komandanın kapitanı Uqo Loris qoruyub. Həmin matçlarda qələbə qazanan fransalılar dünya çempionatının pley-off mərhələsinə vəsiqəni təmin edə biliblər.
D qrupunun üçüncü turunun Tunis – Fransa qarşılaşması bu gün keçiriləcək.