DÇ-2022: Matçın ən yaxşısı seçilməsinə təəccübləndi
Belçikalı yarımmüdafiəçi Kevin de Bruyne DÇ-2022-nin qrup mərhələsində Kanada üzərində qələbəni (1:0) şərh edib.
Msport.az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu matçın ən yaxşısı seçilməyə layiq oyun sərgiləmədiyini bildirib:
“Pis oynadım. Bilmirəm, niyə bu mükafatı aldım. Komanda olaraq çox yaxşı oynamadıq, xüsusən də, birinci hissədə”.
F qrupuna Belçika başçılıq edir (3 xal). Mərakeş ikinci (1 xal), Xorvatiya üçüncü (1 xal), Kanada isə sonuncudur (0 xal).
Noyabrın 27-də Belçika Mərakeş, Xorvatiya isə Kanada millisi ilə qarşılaşacaq.