DÇ-2022: Mbappe Tunisə qarşı oynayacaq?
Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Tunisə qarşı oynamaya bilər.
Msport.az “Le Parisien”ə istinadən xəbər verir ki, dünənki məşqdə 23 yaşlı futbolçunun topuğunda ağrılar başlayıb.
Gözlənilir ki, baş məşqçi Didye Deşam PSJ-nin forvardının 1\8 finala hazır olması üçün Tunislə matçda ona istirahət versin.
Qeyd edək ki, Fransa seçməsi artıq pley-offa vəsiqəni təmin edib.
Tunis – Fransa oyunu bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.