featured-image-18178

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının 1\8 final mərhələsində Avstraliya üzərində qələbəni (2:1) şərh edib. Msport.az xəbər verir ki, 35 yaşlı futbolçu fiziki nöqteyi-nəzərdən çox ağır oyun olduğunu deyib:

“Biz əminliklə oyunun gedişinə nəzarət edirdik. Bəli, biz qol buraxdıq. Amma bu ciddi şəkildə nəyəsə təsir etmədi. Fiziki baxımdan çox ağır görüş oldu. Bu qələbəyə çox şadam. Biz titula doğru daha bir kiçik addım atdıq.

Bu gün bildim ki, 1000-ci oyunuma çıxdım. Mən anlarla yaşayıram və indi etdiyimizdən həzz alıram. Şadam ki, 1\4 finala vəsiqə qazandıq”.

Argentina 1\4 finalda Niderland yığması ilə qarşılaşacaq. Oyun dekabrın 9-da saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər