DÇ-2022: Mundialda ilk dəfə oyunu qadın baş hakim idarə edəcək
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bir ilk yaşanacaq.
Msport.az xəbər verir ki, FİFA E qrupunun sonuncu turu çərçivəsində baş tutacaq Almaniya – Kosta Rika matçına mudiallar tarixində ilk dəfə qadın baş hakim təyin edib.
Belə ki, bu oyunun baş hakimi fransalı Stefani Freppart olacaq. Ona yan xətt hakimləri – braziliyalı Neuza Bek və meksikalı Karen Dias Medina kömək edəcəklər. Matçın dördüncü hakimi honduraslı Said Martines olacaq.
Frappar 2019-cu ildə “Liverpul” və “Çelsi” arasında UEFA Superkubok oyununu idarə edib. O, həmçinin Fransa çempionatının və Çempionlar Liqasının matçlarında da iş başında olub.
Dekabrın 1-də keçiriləcək Almaniya – Kosta Rika oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.