featured-image-17428

ABŞ-ın “Budweiser” şirkəti Qətərdə keçirilən dünya çempionatında çempion olacaq ölkəyə 75 milyon avroluq pivə verəcək.

Msport.az xəbər verir ki, bu barədə şirkət rəsmi “Twitter” hesabında məlumat yayıb.

Bu qərar Qətərdəki stadionlarda pivə satışının qadağan olunmasından sonra qəbul edilib. “Budweiser” şirkəti bu məqsədlə hazırlanan tonlarla pivəni qalib komandaya vermək qərarına gəlib.

FİFA daha əvvəl Qətərdəki stadionlarda pivə satılmayacağını açıqlamışdı.

Noyabrın 20-də start götürən DÇ-2022 dekabrın 18-də başa çatacaq.

Bənzər xəbərlər