featured-image-17913

Dünya çempionatının qrup mərhələsində Uelslə oyunda (3:0) dubl edən İngiltərə millisinin futbolçusu Markus Reşford vurduğu qolları bu yaxınlarda vəfat etmiş dostunun xatirəsinə həsr edib.

Msport.az BBC-yə istinadən xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu qol sevinci zamanı səmanı göstərib:

“Bir neçə gün əvvəl dostlarımdan birini itirdim. O, uzun müddət xərçənglə mübarizə apardı.

Onun xatirəsinə qol vurduğum üçün çox şadam. O, böyük dostum və azarkeşim idi. Mənim həyatımda önəmli yer tuturdu”.

 

Bənzər xəbərlər