DÇ-2022: Ronaldu Cənubi Koreyaya qarşı oynayacaqmı?
Kriştianu Ronaldu dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Cənubi Koreyaya qarşı oynamaya bilər.
Msport.az xəbər verir ki, bu haqda millinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında məlumat verib:
“Fikirləşirəm ki, şanslar 50-nin 50-yədir. Baxacağıq. Hər şey ondan asılı olacaq ki, Ronaldu bu gün məşq edə biləcək, ya yox. Məşq edəcəksə, necə edəcək. Baxaq, görək, vəziyyəti necədir.
Əgər Ronaldu oynaya bilməsə, bizim başqa planımız da var.
Qalib gəlib qrupda 1-ci yeri tutmaq çox vacibdir. Belə olarsa, biz bərpa üçün əlavə bir gün də qazanırıq”.