featured-image-17875

Portuqaliya millisinin lideri Kriştianu Ronaldu Uruqvayla qrup mərhələsinin oyunundan (2:0) sonra məşhur jurnalist Pirs Morqana şikayət edib.

Msport.az xəbər verir ki. bu iddianı ABŞ yığmasının sabiq üzvü Aleksi Lalas səsləndirib. Onun sözlərinə görə, Uruqvayla görüş bitən kimi superulduz paltardəyişmə otağından Morqana sms göndərib ki, qolu onun hesabına yazmalı idilər.

Morqan bundan sonra tvitterdə  paylaşım edib: “Qol Ronalduya yazılmalıdır”.

Xatırladaq ki, 37 yaşlı futbolçu dünya çempionatından öncə məhz Pirs Morqana qalmaqallı müsahibə verərək “Mançester Yunayted” rəhbərliyini, klubu, baş məşqçi Erik ten Haqı tənqid etmişdi. Həmin müsahibədən sonra İngiltərə klubu Ronaldu ilə müqaviləni pozmuşdu.

media-c96a26fb111ed9ebdb2949c378f17

Bənzər xəbərlər