featured-image-17870

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu hesab edir ki, dünya çempionatının qrup mərhələsində Urquvayla oyundakı (2:0) ilk qol onun aktivinə yazılmalıdır.

Msport.az “O Jogo”ya istinadən xəbər verir ki, ulduz futbolçu matçdan sonra məsələyə emosional şəkildə belə reaksiya verib: “Toxunuş var idi! Top mənə toxundu”!

Xatırladaq ki, Ronaldu Bruno Fernandeşin ötürməsini tamamlamaq istəyirdi. Ola bilsin ki, o, həmin anda saçı ilə topa toxunub.

Lakin FİFA qolu Bruno Fernandeşin hesabına yazıb.

Portuqaliya Futbol Federasiyası bununla bağlı dünya futbol qurumuna dəlillər göndərmək niyyətindədir.

Bənzər xəbərlər