featured-image-17899

Seneqal milli komandasının futbolçuları dünya çempionatının qrup mərhələsində Ekvador üzərində qələbəni (2:1)  Papa Buba Diopa həsr ediblər.

Msport.az xəbər verir ki, Afrika təmsilçisi bu qalibiyyət sayəsində 1/8 finala vəsiqə qazanıb.

Seneqalın dünya çempionatlarındakı ilk qolunun müəllifi olan Diop 2 il əvvəl vəfat edib.

Seneqallı futbolçular Ekvadorla oyundan sonra “Əsl aslanlar heç vaxt ölmürlər” yazılmış pankart qaldırıblar.

 

 

Bənzər xəbərlər