DÇ-2022: Tarixi rekord təkrarlandı
Braziliya millisi 68 ildən sonra ilk dəfə dünya çempionatında bir oyunun ilk hissəsində 4 qol vurub.
Msport.az xəbər verir ki, “sambaçılar” bunu DÇ-2022-nin Cənubi Koreya yığmasına qarşı keçirdikləri pley-off görüşündə (4:1) bacarıb.
Onlar sonuncu dəfə DÇ-1954-də Meksika ilə qarşılaşmada (5:0) bunu edə bilib. Titenin çalışdırdığı komanda DÇ-1950-dən sonra ilk dəfə matçın 36-cı dəqiqəsinədək 4 dəfə rəqibi məyus edə bilib.
Braziliya millisi 1/4 finalda Xorvatiya yığması ilə qarşılaşacaq.