featured-image-58594

Bu gün 2026-cı ildə baş tutacaq dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq.

Msport.az xəbər verir ki, Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycan yığması püşkatmada IV səbətdə olacaq.

I səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya

II səbət: Türkiyə, Ukrayna, İsveç, Uels, Macarıstan, Serbiya, Polşa, Yunanıstan, Rumıniya, Slovakiya, Çexiya, Norveç

III səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina, İsrail

IV səbət: Bolqarıstan, Lüksemburq, Kosovo, Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya, Litva

V səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn, San-Marino

Qeyd edək ki, Seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək.

Bənzər xəbərlər