featured-image-58619

Futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Msport.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində təşkil olunan püşkatmada yığmamız IV səbətdə yer alıb.

Püşkatma nəticəsində komandanın D qrupunda yarışacağı müəyyənləşib. Milli Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə eyni qrupda mübarizə aparacaq.

Bənzər xəbərlər