De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
“Napoli”nin futbolçusu Kevin de Brüyne zədə alıb. Msport.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi A seriyasının 8-ci turunda “İnter”lə matçda (3:1) sıradan çıxıb.
Onun biceps femoris əzələsində yüksək dərəcəli yırtıq aşkarlanıb. 34 yaşlı oyunçunun bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. “İnter”lə matçın 33-cü dəqiqəsində penaltidən hesabı açan De Brüyne elə həmin an zədələnib.
Xatırladaq ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində noyabrın 26-da Neapolda “Qarabağ”la qarşılaşacaq. De Brüyne Azərbaycan çempionu ilə oyunu buraxmalı olacaq.







