De Byazi bizi təəccübləndirən addımlar atır" - AFFA-nın vitse-prezidenti
AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin üzvü Vaqif Sadıqov milli komandamızın son oyunları ilə bağlı fikirlərini səsləndirib.
Msport.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin üzvü Azərbaycan seçməsində komanda ruhunun olmadığını deyib:
“Klublarda yaxşı nəticə əldə edirlərsə, görünür, onların daxilində komanda ruhu var. Hazırda millidə, De Byazidə bu ruh olmadığından hansısa nəticədən danışmaq doğru deyil”.
Sadıqov Canni De Byazinin millimizdəki fəaliyyətini də dəyərləndirib: “Canni de Byazi xeyli müddətdi komanda ilə birgə çalışır. İstər-istəməz hər dəfə, belə desək, bizi təəccübləndirən addımlar atır (gülür). Gah heyətdə köklü dəyişikliklərə əl atır, gah oyun modelini dəyişir. Təəssüf ki, bunlar özünü doğrultmur. Neçə vaxtdı Azərbaycandadı və ölkə futbolunu tanıyan biri kimi çoxdan formalaşmış və yaxşı oyun sərgiləyən komanda yaratması mümkün idi.
Biz həmişə məğlubiyyətlərdən sonra günahkar axtarırıq. Ya AFFA, ya baş məşqçi, ya da futbolçular günahkar olur. Hesab edirəm ki, bu uğursuzluqda futbolla məşğul olan hər kəsin payı var”. (Futbol+)