"De Byazi bu sözlərinə görə cavab verəcək" - AFFA-nın vitse-prezidenti
Millimizin baş məşqçisi Canni De Byazinin İtaliya mətbuatına “Azərbaycan millisində xarakter problemi var” söyləməsi müzakirələrə səbəb olub.
Msport.az xəbər verir ki, AFFA-nın vitse-prezidenti üzvü Vaqif Sadıqov mütəxəssisin Bakıya qayıtdıqdan sonra bu sözlərinə görə cavab verməli olacağını söyləyib:
“De Byazi bu açıqlamasına görә mәsuliyyәt daşıyır vә Bakıya qayıdanda bununla bağlı cavab vermәli olacaq.
İki ildәn çoxdur Azәrbaycandadır vә bu, ilk belә neqativ fikri deyil. Azәrbaycan öz xarakterini 44 günlük vәtәn müharibәsindә göstәrdi. Bizә kimsә xaraktersiz deyә bilmәz.
Mәn hәtta emosiyalarıma hakim olmaqda çәtinlik çәkirәm. Heç bir әcnәbi burda çalışarkәn, elә sonrasında da bu cür mәsuliyyәtsiz ifadә işlәtmәyib.
Bilmirәm, AFFA rәsmisi olaraq, buna görә ictimaiyyәtimizdәn üzr istәyim, bilmirәm nә edim. Çox mәyusam.
Әlbəttә ki, bu mәsәlә belә qalmayacaq”. (Futbolpress.az)