De Byazi dediklərini təkzib etdi - "Heç vaxt elə söz işlətməmişəm"
“Heç vaxt rəhbərlik etdiyim komanda barədə xaraktersiz və ya qorxaq ifadəsini işlətməmişəm. Bu, mümkün deyil”!
Msport.az xəbər verir ki, bunu milli komandamızın baş məşqçisi Canni De Byazi İtaliya mətbuatında yer alan fikirlərinə aydınlıq gətirərkən deyib.
O, rəhbərlik etdiyi komandaların adətən xarakteri ilə və oyundan öncə rəqiblərdən çəkinməmələri ilə fərqləndiyini söyləyib:
“Ola bilər, hansısa texniki qüsur olub və ya tərcümədə hər hansısa uyğunsuzluq baş verib. Qətiyyətlə deyirəm ki, mənim rəhbərlik etdiyim komandanı xaraktersiz və qorxaq adlandırmağım mümkün deyil”!