featured-image-19213

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasının sükanı arxasına keçməyəcək.

Msport.az “sport.pl” saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssisin adı namizədlərin siyahısında yoxdur.

İddiaya görə, 66 yaşlı baş məşqçinin adının Polşa millisi ilə hallanması sadəcə, şaiyədir: “Ənənəvi olaraq, yeni məşqçi seçərkən, vaxtilə Polşa millisinə rəhbərlik etmək arzusunu ifadə edən Canni De Byazinin adı ön plana çıxır. Amma bu, qeyri-real görünür. Çünki Polşa Futbol İttifaqı fərqli profildə baş məşqçi axtarır”.

Qeyd edək ki, Polşa millisinin baş məşqçisi Çeslav Mixneviç bu gün istefaya göndərilib.

Bənzər xəbərlər